İdmançımız medalsız qaldı
17.02.2022 , 17:30
Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.
Korner.az xəbər verir ki, təmsilçimizin final mərhələsində bu gün sərbəst proqramdakı çıxışı 118,15 balla qiymətləndirilib.
Ryavoba iki hərəkətin yekununda 179,97 xalla yarışı başa vuranlar arasında 4-cü yerdə qərarlaşıb. Bununla da, o, ilk “3-lüy”ə düşə bilməyib və medalsız qalıb.