İdmançımız ilk görüşdə məğlub oldu
27.07.2024 , 12:13

Bu gün Azərbaycanın badminton millisinin üzvü Keişa Fatimə Zəhra Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçına çıxıb.
Korner.az xəbər verir ki, indoneziyalı milliləşdirilmiş legionerin ilk rəqibi He Bin Çzyao (Çin) olub.
H qrupunda keçirilən bu matç Çin idmançısının böyük üstünlüyü ilə keçib. He Bin Çzyao hər iki setdə inamlı qələbə qazanıb (21:8, 21:7).
Keişa Fatima Zəhra növbəti görüşünü iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmoura qarşı keçirəcək.
