İdmançımız dünya çempionu oldu
30.10.2022 , 16:24

Yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri Türkiyənin Konya şəhərində Dünya çempionatında ilk medallarını qazanıb.
Korner.az xəbər verir ki, Fərid Savadov (16-17 yaşlı gənclər, -55 kq) Dünya çempionu olub. İsmayıl Xamoyev (14-15 yaşlı yeniyetmələr, -52 kq), Rəşid Süleymanov (16-17 yaşlı gənclər, -68 kq) yarışın bürünc medalını qazanıb.
Bu gün 21 yaşadək gənclərdə isə Əminağa Quliyeva (-60 kq) final görüşündə, Nuran Rzazadə (-67 kq), Hüseyn Hüseynzadə (-84 kq) və Osman Osmanlı (84+ kq) isə bürünc medal uğrunda döyüşlərə qatılacaq.
Konyada Yeniyetmə və gənclərin 12-ci Dünya çempionatında 105 ölkədən 1830 karateçi iştirak edir. 3 yaş qrupuna bölünən idmançılar 35 kateqoriya üzrə 140 medal uğrunda mübarizə aparır.
