İdmançılarımızın mübarizəsi davam edir
31.07.2024 , 11:10

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.
Korner.az xəbər verir ki, Azərbaycan bu gün 4 fərdi idmançı və 3×3 basketbol komandası ilə təmsil olunacaq.
Cüdoçu Elcan Hacıyev (90 kq) Türkiyə təmsilçisi Mixael Zqankla qarşılaşacaq.
Akademik avarçəkmədə təmsilçimiz Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.
Dünən təxirə salınan triatlon yarışlarında idmançımız Rostislav Pevtsovun çıxışları baş tutacaq.
Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq.
Qadınlardan ibarət 3×3 basketbol komandamız ABŞ seçməsi ilə üz-üzə gələcək.
