Taekvondo üzrə Qətərdə keçirilən “Qatar Open” turnirinə yekun vurulub.
Korner.az-ın məlumatına görə, G1 kateqoriyalı yarışa 11 taekvondoçu ilə qatılan Azərbaycan millisi vətənə 4 medalla qayıdıb.
Komandamızın heyətində ən yaxşı nəticə yenə Radik İsayevə məxsusdu. 87 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz bütün rəqiblərinə qalib gəlib. O, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ondan fərqli, Kamil Abdurrazakovla (63 kq) Ayxan Tağızadə (68 kq) beynəlxalq turniri gümüş medalla bitirib. Hər 2 taekvondoçumuz finalda Cənubi Koreya idmançısına uduzub. Elvin Məmmədov (74 kq) isə bürünc medalla kifayətlənib
