“İdman Azərbaycan” telekanalının baş direktoru Elsevər Dünyamalıyev vəzifəsindən azad edilib.
Korner.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, o, AzTV-nin baş proqram direktoru təyin edilib.
“İdman Azərbaycan” kanalına rəhbər təyin olunana qədər həmin kanala rəhbərlik də müvəqqəti olaraq E.Dünyamalıyevə həvalə olunub.
