“İdeal şərait var”
22.06.2022 , 17:18

“Səbail”in yeni transferi Kizito Luvaqa klubun mətbuat xidmətinə açıqlama verib.
Korner.az xəbər verir ki, vinger “dənizçilər”ə keçidi haqda bunları deyib:
“Komandaya gəldiyim ilk gündən ailə ruhunu hiss etdim. Hər şeyi unudub yalnız məşqlərə və qələbələrə köklənmək üçün ideal şərait var”.
“Səbail” Kizito ilə 1 illik müqavilə imzalayıb.
