"Turan"la oyuna yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Lakin heç-heçə oldu. 90 dəqiqə boyu hücum edən tərəf biz idik və oyun bizim üstünlüyümüz şəraitində keçdi. İmkanlardan istifadə edə bilsəydik 4 – 5 qol vurardıq. Biz həmin oyunda qızıla bərabər 2 xal itirdik".
Bu sözləri Korner.az-a açıqlamasında AZAL-ın futbolçusu Ruslan Tağızadə deyib.
"Təyyarəçilər"in yarımmüdafiəçisi qarşıdakı "Neftçi" ilə oyundan danışaraq, ilk "altılıq" şanslarını da dəyərləndirib:
"Neftçi" ilə oyunda yalnız və yalnız 3 xal qazanmağı hədəfləyirik. Bu oyunda qələbə qazanmaqla işimizi yaxşılaşdıra bilərik. Düzdü "Neftçi" çətin komandadı. Ancaq məğlub edilməz deyil. "Neftçi"ni məğlub etməyə çalışacağıq. İlk "altılıq" şanslarımıza gəlincə isə, fikirləşirəm ki digər klublar kimi bizim də şansımız var".
