İddiaçılar Turniri dayandırıldı
26.03.2020 , 13:35

Rusiyanın Yekaterinburq şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turniri dayandırılıb. FIDE I dövrədən sonra yarışı davam etdirməmək qərarı verib.
Buna koronavirus pandemiyasının yayılması səbəb olub. Qalan 7 turun nə vaxt baş tutacağı hələ bəlli deyil.
I dövrədən sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi 4,5 xalla birinci pilləyə şərikdi. Turnirin qalibi dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov məhz koronavirus səbəbindən yarışa qatılmaqdan imtina edib.
