İDDİA: “Lester” və “Brayton” Gerye ilə maraqlanır?
04.01.2019 , 14:17

“Qarabağ”ın haitili futbolçusu Donald Gerye ilə bağlı maraqlı iddia irəli sürülüb.
Gerye ilə İngiltərənin “Lester” və “Brayton” klublarının maraqlandığı iddia olunur. Bu barədə xəbəri Haitinin “Actualites Foot Lakay” səhifəsi yayıb.
Haiti millisinin də formasını geyinən futbolçuya Türkiyədən də maraq olduğu yazılıb. Xəbərdə, Geryenin Türkiyə Super Liqasının debütantı “Ərzurumspor”un maraq dairəsində olduğu qeyd edilib.
