Futbol

İDDİA: Kariusun Ramosun zərbəsindən sonra görmə qabiliyyəti zəifləyib

05.06.2018 , 06:16

Çempionlar Liqasının “Real”la final maçında (1:3) kobud səhvlər edən “Liverpul”un qapıçısı Loris kariusla bağlı şok iddia ortaya atılıb. Bildirilir ki, onun belə pis çıxışına rəqib komandanın kapitanı Serxo Ramos səbəb olub.

Oyunun gedişində ispaniyalı futbolçu bilərəkdən Kariusu dirsəyilə vurub və qolkiper həmin zərbədən travma alıb. Bu zərbə onun performansına böyük şəkildə təsir göstərib.

Kariusdan testlər götürən həkim Ross Zofonte 24 yaşlı qapıçıya Ramosun dirsək zərbəsinin ciddi şəkildə təsir etdiyini bildirib. Həkim bildirib ki, Karius zərbədən sonra görmə qabiliyyəti zəifləyib. Bu da onun performansına ciddi şəkildə təsir edib.

Son yazılar

Yuxarı