“Real”ın futbolçusu Kərim Benzema karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə “Daily Express” nəşri yazır.
Fransalı futbolçunun xidmətində “Arsenal” maraqlıdır. Madrid təmsilçisində xoşbəxt olmadığı bildirilən hücumçu İngiltərə klubunun nümayəndələri ilə görüşmək üçün Londona gedib. “Topçular”ın bu transfer üçün Madrid təmsilçisinə 55 milyon avro ödəməyə hazır olduğu iddia edilib.
