İddia: “Atletiko”dan “İnter”ə?
02.06.2025 , 15:15

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonedən yeni xəbər var.
Korner.az xəbər verir ki, argentinalı mütəxəssis İtaliya klubunu çalışdıra bilər.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, 55 yaşlı çalışdırıcının xidmətində “İnter”in maraqlı olduğu bildirilib.
İtaliya klubu onu İnzaqinin əvəzləyicisi olaraq görür və yaxın zamanda tərəflər arasında danışıqların olacağı gözlənilir.
