İddia: “Atletiko” satışa çıxarıldı
12.12.2023 , 12:41

“Atletiko Madrid” klubunun satışa çıxarıldığı iddia olunur.
Korner.az xəbər verir ki, bu barədə İspaniyanın “La Sexta” televiziyası məlumat yayıb.
Xəbərdə, klubun baş direktoru Miqel Anhel Gil Marin və prezidenti Enrike Serezo “Atletiko”nu satışa çıxardığı iddia olunub.
Klub rəsmiləri “Atletiko”nun səhmlərinin 65 faizinə sahibdirlər.
Bundan əlavə, iş adamı Stiven Rossun “Atletiko”nu almaq istədiyi və tərəflər arasında aparılan danışıqların müsbət nəticələndiyi bildirilib.
