İddia: Ançelottini Xavi əvəzləyə bilər
03.05.2023 , 14:23

“Real” mövsümün sonunda baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
63 yaşlı çalışdırıcının İspaniya klubundan ayrılması gündəmdə olduğu bildirilir.
Yayılan xəbərlərə görə, La Liqa nəhənginin təcrübəli mütəxəssislə yollarını ayıracağı təqdirdə Xavi Alonsonun Madrid klubu üçün ideal namizəd olacağı gözlənilir.
Bu, Xavi Alonsonun məşqçilik karyerasında yeni səhifə üçün yaxşı fürsət ola bilər.
