AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı dəyişdirilib.
Korner.az-ın məlumatına görə, yığıncaq bu gün əvvəlcədən nəzərdə tutulduğu saatda baş tutmayacaq.
Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçiriləcək tədbir saat 18:00-da deyil, 19:00-da başlayacaq.
İclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşəcək, ardınca millinin məşqini izləyəcəklər.(affa.az)
