AFFA-nın İcraiyyə Komitəsinin iclasının sabah keçiriləcək iclasının gündəliyi açıqlanıb
Bakı Olimpiya Stadionunda baş tutacaq yığıncaq saat 9:30-da başlayacaq.
Komitə üzvləri öncə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədləri müzakirə edəcək. Ardınca AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yolun təqdimatı olacaq.
İclasın sonunda komitə üzvləri digər məsələlər ətrafında müzakirə aparacaq. Yığıncaq başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.
