“İbrahimoviçin qayıdışı heç nəyi dəyişməyəcək. PSJ hər zaman eyni səviyyədə oynayır”
Korner.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike bu axşam Çempionlar Liqasında PSJ ilə qarşılaşacaqları 1/4 finalın cavab oyunu haqda danışarkən deyib:
“Biz yalnız qələbə haqda düşünürük. Bəli, bizi heç-heçə də qane edəcək. Ancaq komandam qələbə qazanmaq üçün meydana çıxacaq. Bunun üçün Parisdəki görüşlə müqayisədə daha da yaxşı oynamalıyıq. Biz rəqibi, onlar da bizi yaxşı tanıyır. İbrahimoviç istənilən mövqedən qapıya zərbə endirə bilər. O, dünyanın ən yaxşı hücumçularından biridir”
