İngiltərə premyer liqasında çıxış edən “Mançester Yunayted” klubun futbolçusunun ən böyük peşmanlığı əvvəllər futbolu ağılla oynamamağı olub.
Korner.az-ın verdiyi məlumata görə, Zlatan İbrahimoviç İngiltərə mətbuatına verdiyi açıqlamada bildirib: ” Kaşki bu günkü futbol ağlına 10 il əvvəl sahib ola biləydim. Bəlkə də indi daha böyük bir futbolçu ola bilərdim. Vaxt keçdikcə insan dəyişir. Artıq futbolu ağılla oynayıram.İllər keçdikcə insan daha fərqli fiziki xüsusiyyətlərə, sərtliyə, təcrübəyə malik olur”.
