PSJ-dən ayrılan Zlatan İbrahimoviç “Mançester Yunayted”ə keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, isveçli hücumçu bu xəbərləri nə təsdiq, nə də təkzib edib.
O, sabah bununla bağlı çox önəmli açıqlama verəcəyini söyləyib:
“7 iyunu gözləyin. O, gün çox şey olacaq”.
İbrahimoviçin “MY” ilə 1 illik müqavilə imzalayacağı iddia edilir.
