Fransanın PSJ klubu "Milan"ın futbolçusu Zalatn İbrahimoviçi rəsmən heyətinə qatıb. Korner.az-ın məlumatına görə, isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb. Futbolçuya ildə 13 milyon avro ödənəcək. Bu, daha əvvəl “İnter”, “Barselona” və “Yuventus” klublarında oynayan 30 yaşlı İbrahimoviçin karyerasında 7-ci komandadır.
Təqdimat mərasimi isə sabah olacaq.
