PSJ-nin yeni transferi Zlatan İbrahimoviç yeni klubunda 10 nömrəli formanı geyinmək istəyir.
Korner.az-ın məlumatına görə, İsveç millisində 10 nömrəli forma altında çıxış edən İbra "Ayaks"da top qovarkən Rafael van Der Vart, "Yuventus"da Del Piero, "İnter"də Adriano, "Barselona"da Lionel Messi və nəhayət "Milan"da Klaren Sidorf ucbatından uğurlu rəqəminə qovuşa bilməmişdi.
Ən maraqlısı isə Paris təmsilçisində hazırda 10 nömrəli futbolkanı Nenenin geyinməsidir. İbrahimoviçin neçə nömrəli futbolkanı geyinməsi yaxın günlərdə öz əksini tapacaq.
