“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç antirekorda imza atıb.
Korner.az-ın məlumatına görə, 9-cu tur çərçivəsində “Çelsi”yə qarşı keçirilmiş matçda da fərqlənə bilməyən isveçli forvardın “qol orucu” 498 dəqiqəyə çatıb.
35 yaşlı Zlatan 2006-cı ildən bəri ilk dəfədir ki, belə halla rastlaşır. Həmin vaxt o, “İnter”də çıxış edirdi.
İngiltərə Premyer Liqasında 9 oyun keçirən İbrahimoviç 4 qol vurub.
