"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç Avropa Liqası 1/16 final mərhələsində keçirilən "Sent-Etyen"lə oyunda inamlı təsir bağışlayıb.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu bu oyunda het-trik edib.
Bununla da o, 2015/16-cı ildən etibarən vurduğu qolların sayını 73-ə çatdırıb. Bu nominasiyada onu yalnız "Barselona"lı Luis Suares qabaqlayır – 84 qol
İbra bu mövsüm çıxdığı 35 oyunda 23 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
