Ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Çelsi”nin (İngiltərə) qapısından qələbə topunu keçirən PSJ-nin (Fransa) hücumçusu Zlatan İbrahimoviç adını futbol tarixinə yazdırıb.
Korner.az-ın məlumatına görə, İsveç millisinin forvardı londonluları məyus etməklə Avropa kuboklarında 50 və daha artıq qol vurmuş futbolçular arasına daxil olub.
Bu, onun Avropa kuboklarındakı 50-ci qolu olub. Zlatana qədər isə siyahıda 13 futbolçunun adı var idi: Kriştianu Ronaldo (93), Lionel Messi (85), Raul (77), Filippo İnzaqi (70), Andrey Şevçenko (67), Herd Müller (62), Ruud van Nistelroy (62), Tyerri Anri (59), Henrik Larsson (59), Eysebio (56), Alessandro Den Pyero (54), Alfredo Di Stefano (50) və Didye Droqba (50).
