İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç daha bir rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, dünən keçirilən Estoniya ilə yoldaşlıq matçında vurduğu 2 qolla komanda tarixinə düşüb. Belə ki, 50-ci qolunu vuran "İbra" millinin ən çox qol vuran futbolçusu oldu.
Bundan başqa, Zlatan dünən oyunun 24-cü dəqiqəsinə qol vurmaqla da yeni rekord müəyyənləşdirib. İbrahimoviç karyerası ərzində oynadığı oyunun hər dəqiqəsində qol vurub
