Dünya Futbolu

İbrahimoviçdən “Ayaks”a tövsiyə

17.03.2019 , 14:52

“Los Anceles Qalaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 final mərhələsinin “Yuventus” “Ayaks” cütünü dəyərləndirib.

İsveçli futbolçu Hollandiya klubuna “Yuventus”un statusunu unutmağı tövsiyə edib:

“Ayaks” “Yuventus”un statusu ilə maraqlanmamalıdır. “Real”la oyunda bunu unutdular və nəticənin nə olduğunu gördük. Hər kəs “Ayaks”ın “Real” qarşısında şansının olmadığını düşünürdü, amma onlar möhtəşəm bir şey etdilər”.

Həm “Yuventus”, həm də “Ayaks”da çıxış etmiş təcrübəli hücumçu bu mərhələdə özünün də qalib olacağını deyib.

Qeyd edək ki, isveçli hücumçu 2001-2004-cü illərdə “Ayaks”ın, 2004-2006-cı illərdə isə “Yuventus”un şərəfini qoruyub.

Son yazılar

Yuxarı