PSJ-nin forvardı Zlatan İbrahimoviç 2014-cü ildə Aftonbladet qəzetinin versiyasına görə ilin ən yaxşpı futbolçusu seçilib.
Korner.az-ın məlumatına görə, Stokholmda təşkil edilən mərasimdə 33 yaşlı futbolçu İsveç “Qızıl top”unu son 10 ildə 9-cu dəfə qazanıb.
Qeyd edək ki, İbrahimoviç mükafata 2007 – 2014-cü və 2005-ci ildə layiq görülüb.
2006-cı ildə isə ən yaxşı futbolçu Arsenalın yarımmüdafiəçisi Freddi Yunqberq seçilmişdi.
