Gələn mövsüm “Yuventus”a dönəcəyi iddia edilən Zlatan İbrahimoviç bu barədə açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, 32 yaşlı futbolçu Hansson adlı şəxsin onun gələn il “Yuventus”a dönəcəyi ilə bağlı xəbəri təkzib edib: “Mən Hansson adlı birini tanımıram. Onunla heç əlaqəm də olmayıb. Bu yalan açıqlamaları niyə veriblər heç cür anlaya bilmirəm”.
