İbrahimoviç rəsmən “Milan”da!
28.12.2019 , 17:59

“Los-Anceles Qalaksi”nin sabiq hücumçusu Zlatan İbrahimoviçin yeni klubunun adı rəsmən bəlli olub.
Korner.az xəbər verir ki, isveçli forvard İtaliyanın “Milan” klubu ilə anlaşıb.
Futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Zlatan İbrahimoviç geridə qalan mövsüm MLS liqasında iştirak etdiyi 31 matçda 31 qol, 8 assistlə yadda qalıb.
