PSJ-nin sabiq futbolçusu Zlatan İbrahimoviçin “Mançester Yunayted”ə keçidi rəsmiləşib.
Korner.az-ın məlumatına görə, 34 yaşlı hücumçu Mançester təmsilçisi ilə müqavilə imzalayıb.
Müqavilənin şərtləri barədə məlumat verilməyib. İbrahimoviç PSJ-də oynadığı 184 matçda 156 qol vurub.
