İsveçli hücumçu Zlatan İbrahimoviçin PSJ-dən gedəcəyini rəsmən açıqlayıb.
Korner.az-ın məlumatına görə, özünün rəsmi Twitter səhifəsində PSJ-nin stadionunun şəklini paylaşan futbolçu bu sözləri yazıb:
“Sabah bu meydandan sonuncu oyunuma çıxacam. Mən bura kral kimi gəldim, kral kimi də gedirəm”.
İbrahimoviçin PSJ ilə müqaviləsi bu ayın sonu başa çatır.
