İsveç millisinin ulduz futbolçusu Zlatan İbrahimoviç maraqlı açıqlamalar verib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, Portuqaliya millisiylə DÇ-2014-ün pley-of oyunlarından əvvəl rəqiblərinin “bostanına daş atıb”.
“Portuqaliya güclü komandadır. Lakin biz DÇ-nin final mərhələsinə daha layiq komandayıq. Biz öz qrupumuzda Almaniya millasindən sonra ikinci olmuşuq. Portuqaliya millisi isə birinci olmalı olduğu qrupda ikinci olub”.
