PSJ-nin ulduzu Zlatan İbrahimoviç Rusiya millisinin baş məşqçisi Fabio Kapello haqda xoş sözlər deyib.
Korner.az-ın məlumatına görə, Zlatan təcrübəli mütəxəssis sayəsində dünya səviyyəli hücumçu olduğunu dilə gətirib:
“Onunla qarşılaşandan sonra mən ən yaxşı bombardir oldum. Kapello ilə “Yuventus”da çalışandan sonra daha da yaxşı formaya düşdüm. O, bir gün mənə Marko van Bastenin qolllarının videoyazısını izlətdi və həmin qollardan vura biləcəyimi söylədi. Kapello mənə çox şey öyrədib. Onun sayəsində gözəl qollar vurmağa başladım və siz hələ mənim ən gözəl qolumu görməmisiz”.
