PSJ-nin futbolçusu Zlatan İbrahimoviç gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, isveçli forvard yeni komandasının sürpriz olacağını bildirib:
“Növbəti komandam bütün azarkeşlər üçün sürpriz olacaq. Hələlik isə PSJ-nin futbolçusuyam. Burada hər şey məni qane edir və PSJ-də oynamaqdan zövq alıram. Yaxşı komandayıq və daha da güclü olacağıq. Burada xoşbəxtəm və ona görə də komandada qalmaq qərarı verdim”. (purelyfootball.com)
