İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç karyerasını ABŞ-da davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu haqda “Focus Deportes” xəbər yayıb.
Bildirilir ki, isveçli oyunçu gələn mövsümdən MLS-də çıxış edən “LA Qalaksi” klubunun şərəfini qoruyacaq.
Xatırladaq ki, 35 yaşlı hücumçu mövsümün əvvəlində “qırmızı şeytanlar”la “1+1” illik prinsipi ilə müqavilə imzalamışdı.
Qeyd edək ki, Zlatan bu mövsüm 41 oyuna 26 qol vurub və 8 məhsuldar ötürmə edib.
