İbrahimoviç “Milan”a qayıtmağı haqda: “Nə “hə” deyə bilərəm, nə də “yox”
24.11.2018 , 12:50

Amerika Birləşmiş Ştatlarının “Los-Anceles Qelaksi” klubunun hücumçusu Zlatan İbrahimoviç sabiq komandası “Milan”a qayıtması haqda danışıb. Futbolçu bildirib ki, daha bir il Amerikada qala bilər.
“Bəli, “Milan” komandası mənlə maraqlanır. Düşünürəm ki, bir il də “Qelaksi”də qala bilərəm. “Milan” məni sevir. Möhtəşəm komandadır, orada yaxşı illər keçirmişəm. Komandadan ayrılmaq istəmirdim, lakin PSJ-yə keçməyə məcbur etdilər. Mən ən yaxşı bombardir idim. “Milan”a “Barselona”dan keçmişəm, hansı ki, orada işlərim elə də yaxşı deyildi. Təəssüf ki, hələ ki, nə “hə” deyə bilərəm, nə də “yox”.
