İbrahimoviç “Milan”a qayıdır
20.11.2018 , 20:34

Milan” sabiq futbolçusu – “Los-Anceles Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviçlə danışıqlar apardığını təsdiqləyib
Bu barədə klubun idman direktoru Leonardo məlumat verib. O, isveçli hücumçunun “Milan”a keçməyə çox yaxın olduğunu bildirib: “Amma indi bu barədə ətraflı danışmaq zamanı deyil”.
Qeyd edək ki, “Milan” rəsmilərinin futbolçunun agenti Mino Rayola ilə görüşdüyü və 37 yaşlı oyunçuya 6 ay + 6 ay şərti ilə müqavilə təklif etdiyi iddia olunur
Xatırladaq ki, İbrahimoviç 2010-2012-ci illərdə “Milan”da çıxış edib.
