İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç Mançesterdə ev alıb.
Korner.az-ın məlumatına görə, onun bu hərəkəti “Mançester Yunayted”ə transfer olunacağı iddialarını gücləndirib.
Qeyd edək ki, İngiltərə mətbuat PSJ-dən ayrılan 34 yaşlı hücumçunun “MY” ilə müqavilə imzaladığını yazıb. Z.İbrahimoviç bu barədə hələlik açıqlama verməyib.
