“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç zədəsini sağaldıb.
36 yaşlı hücumçu məşqlərə başlayıb. İsveçli forvard xüsusi proqramlarla hazırlıq keçir.
Zlatan İbrahimoviç ötən mövsümün sonunda zədələnərək uzun müddətlik sıradan çıxmışdı. Zlatan ötən mövsüm 46 oyuna 28 qol vurmuşdu. Onun “qırmızı şeytanlar”la 1 illik müqaviləsi var.
