“Mançester Yunayted” klubu yeni mövsüm öncəsi turnirdə iştirak etmək üçün bu gün Çinə yola düşəcək.
Korner.az-ın məlumatına görə, komandanın yeni transferi Zlatan İbrahimoviç Asiya ölkəsinə aparılmayacaq.
Mançester təmsilçisinin baş məşqçisi Joze Mourinyo isveçli forvardı Çinə aparmağı lazım bilməyib. O, yeni mövsüm öncəsi 34 yaşlı futbolçuya istirahət verməyi qərara alıb.
“Mançester Yunayted” Çindəki turnirdə “Mançester Siti” və “Borussiya” (Dortmund) klubu ilə qarşılaşacaq.
