İbrahimoviç ilin ən yaxşısı seçildi
25.04.2022 , 16:15
“Milan”ın futbolçusu Zlatan İbrahimoviç mükafatlandırılıb.
Korner.az xəbər verir ki, isveçli forvard İtaliyada 2021-ci ilin ən yaxşı legioner idmançısı seçilib.
İbrahimoviç Xarici Mətbuat Dərnəyinin sorğusu nəticəsində ən yaxşı adına layiq görülüb.