Zlatan İbrahimoviç hələ də Çempionlar Liqasını qazana bilməməsi ilə bağlı olan tənqidlərə sərt cavab verib.
Korner.az-ın məlumatına görə, isveçli futbolçu açıqlamasında bunları deyib: “Həqiqi Ronaldo da bu kuboku qazana bilməmişdi. Əgər zirvədəyəmsə belə tənqidlərin olması normaldır. Karyeram olduqca möhtəşəmdir. Buna görə də heçvaxt məyus olmaram”.
