Zlatan İbrahimoviç İsveç millisinin heyətində bu yay Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak etməyəcək
Bu barədə İsveç Futbol Federasiyası xəbər yayıb. Qurumun baş meneceri Lars Rixt 36 yaşlı hücumçu ilə danışdığını, onun milliyə qayıtmaq fikrində olmadığını bildirib.
“2 gün öncə Zlatanla danışdım. Deyirdilər ki, guya o, milliyə qayıtmaq istəyir. Amma belə bir şey yoxdur”.
Qeyd edək ki, bir müddət öncə İbrahimoviç mətbuata açıqlamasında İsveç millisinin heyətində mundialda çıxış etmək istədiyini bildirmişdi.
