PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Malmö”nü 5:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.
Korner.az-ın məlumatına görə, 34 yaşlı isveçli qitənin ən nüfuzlu klub turnirində 45-ci qolunu vurub.
Təcrübəli forvard bu göstərici ilə aktivlərində 44 qol olan Alessandr Del Pyero və Didye Droqbanı geridə qoyub.
İbrahimoviç hazırda bombardirlər siyahısında 10-cu yeri tutur.