“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç İngiltərə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, isveçli hücumçu 3 oyunluq cəza alıb.
Xatırladaq ki, ulduz hücumçu Premyer Liqada “Bornmut”a qarşı keçirilən qarşılaşmada hava mübarizəsi zamanı rəqib futbolçunun başına dirsəyi ilə zərbə endirmişdi.
Zlatan Federasiya Kubokunda “Çelsi”yə qarşı keçiriləcək matçı buraxacaq. Həmçinin, futbolçu Premyer Liqada “Midlsbro” və “Uest Bromviç”ə qarşı keçiriləcək matçda da iştirak edə bilməyəcək.
