Çempionlar Liqasının 1/4 finalında “Çelsi” ilə qarşılaşacaq olan PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, İbrahimoviç rəqiblərini tərifləyib.
İsveçli futbolçu açıqlamada bunları da dilə gətirib: “Məncə “Çelsi” favoritdir. “Çelsi” 10 illik proyektin içindədir. Amma biz təzə başlamışıq. Biz 8-9 il sonra “Çelsi”nin səviyyəsinə çatarıq”.
