Zlatan İbrahimoviç “Atletiko”nun maraq dairəsinə düşüb.
Madrid klubu azad agent olan isveçli hücumçunu yanvarda transfer edə bilər. Z.İbrahimoviç həmin müddətə qədər zədəsini tam sağaldarsa, bu transferin böyük ehtimalla gerçəkləşəcəyi vurğulanıb.
Qeyd edək ki, FİFA-nın “Atletiko”ya verdiyi transfer qadağası yanvarda başa çatacaq.
