Ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən PSJ – “Çelsi” matçı meydan sahiblərinin futbolçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, matçın 39-cu dəqiqəsində fərqlənən isveçli forvard adını ÇL-in tarixinə yazdırıb.
Belə ki, təcrübəli hücumçu ardıcıl 10 il qitənin bir nömrəli yarışında qol vuran tək futbolçudu.
