İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Avstrayiyaya qarşı baş tutan oyunda David Alaba ilə aralarında baş verən mübahisəyə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, Zlatan cəzalanmalı olduğunu qeyd edib:
“Bəli, mən günahkaram. Buna görə də məni 40 oyunluq cəzalandırmaq lazımdı”.
Qeyd edək ki, İbrahimoviç matçın 20-ci dəqiqəsində dirsəyi ilə Alabaya zərbə endirsə də, hakim yalnız cərimə zərbəsi təyin etməklə kifayətlənib.
